orkhanshukurlu / php-csrf
Veb saytınızdan botları və arzuolunmaz insanları uzaq tutun
Installs: 19
Dependents: 0
Suggesters: 0
Security: 0
Stars: 9
Watchers: 1
Forks: 0
Open Issues: 0
pkg:composer/orkhanshukurlu/php-csrf
Requires
- php: >=7.3
This package is auto-updated.
Last update: 2025-10-14 21:44:49 UTC
README
PHP-CSRF sizə veb-saytınızı CSRF hücumlarından qorumaq üçün bir sıra funksiyalar təklif edir. Bu funksiyalardan istifadə edərək yazdığınız vebsaytı həm daha təhlükəsiz etmiş olacaqsınız həm də botlardan və arzuolunmaz insanlardan uzaq tutacaqsınız
Tələblər
- PHP 7.3+
Yükləmə
composer require orkhanshukurlu/php-csrf
İstifadə
Funksiyaları istifadə edəcəyiniz fayllarda vendor/autoload.php faylını daxil etmək lazımdır
require __DIR__ . '/vendor/autoload.php';
Funksiyalar
csrf_field(string $name = '_token', int $length = 40) - CSRF token inputu generasiya edir
$name- Generasiya olunacaqinput-un adıdır (name-i). İlkin olaraq dəyəri_tokentəyin edilmişdir$length- Generasiya olunacaq tokenin simvol sayıdır. İlkin olaraq dəyəri40simvol təyin edilmişdir
Funksiya html-də form elementinin daxilində istifadə edilməlidir. Beləliklə type-ı hidden, name-i _token, value-si 40 simvoldan ibarət olan input generasiya olunacaq. İstifadəsi aşağıdakı kimidir:
<?php require __DIR__ . '/vendor/autoload.php'; ?> <form action="#" method="POST"> <?= csrf_field(); ?> </form>
Generasiya olunan input html-də aşağıdakı kimi görünəcək:
<input type="hidden" name="_token" value="a60e5c1048225b366c4d48c0f87e07ad2cad3583">
csrf_token(int $length = 40) - CSRF token dəyəri generasiya edir
$length- Generasiya olunacaq tokenin simvol sayıdır. İlkin olaraq dəyəri40simvol təyin edilmişdir
Funksiya 40 simvoldan ibarət token generasiya edir. Əgər yalnız token dəyəri lazımdırsa bu funksiyanı istifadə edə bilərsiniz. İstifadəsi aşağıdakı kimidir:
<?php require __DIR__ . '/vendor/autoload.php'; echo csrf_token();
Generasiya olunan token aşağıdakı kimi görünəcək:
a60e5c1048225b366c4d48c0f87e07ad2cad3583
csrf_validate(array $request, string $name = '_token') - CSRF tokenin doğruluğunu yoxlayır
$request- Tokenin doğru olub olmadığını yoxlamaq üçün göndəriləcək dəyişəndir$name- Generasiya olunacaqinput-un adıdır (name-i). İlkin olaraq dəyəri_tokentəyin edilmişdir
Funksiya form-da göndəriləcək tokenin doğru olub olmadığını yoxlayır. Beləliklə form göndəriləndə token dəyəri düzgündürsə true, düzgün deyilsə false dəyəri geri döndürür. Funksiyaya parametr kimi $_GET, $_POST və ya $_REQUEST dəyişənlərindən biri ötürülməlidir. İstifadəsi aşağıdakı kimidir:
<?php require __DIR__ . '/vendor/autoload.php'; if (csrf_validate($_POST)) { // Token dəyəri düzgündür, heç bir xəta yoxdur } else { // Token dəyəri düzgün deyil, xəta baş verdi }
Lisenziya
Laravel MSM MIT lisenziyası altında buraxılıb
Əlaqə
Telegram: Orxan Şükürlü